Modern.az

Bakıda iki qardaş bıçaqlandı - Biri öldü

Bakıda iki qardaş bıçaqlandı - Biri öldü

23 Sentyabr 2021, 07:37

Bakıda qətl hadisəsi törədilib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

 

Lökbatan qəsəbəsində iki qardaş - 1998-ci il təvəllüdlü Cəfərov Kamil Məhəmməd oğlu və 2001-ci il təvəllüdlü Cəfərov Samir Məhəmməd oğlu mübahisə zəminində bıçaqlanıblar.

 

Yaralılar xəstəxanaya çatdırılıblar. Lakin həkimlərin səyinə baxmayaraq, beş bıçaq xəsarəti alan K.Cəfərovun həyatını xilas etmək mümkün oilmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi