Modern.az

ÜST yoluxucu olmayan xəstəliklərə qarşı mübarizə fondu yaratdı

ÜST yoluxucu olmayan xəstəliklərə qarşı mübarizə fondu yaratdı

Aktual

23 Sentyabr 2021, 08:07

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Uşaq Fondu (UNICEF) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına əsasında Yoluxucu olmayan xəstəliklərə qarşı mübarizəni sürətləndirmək və insanların psixi sağlamlığını yaxşılaşdırmaq fondu yaradılıb.

 

Modern.az-a bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adan Qebreyesus BMT-də keçirilən iclasda çıxışı zamanı deyib.

 

O deyib: "Müvafiq vəsait ayrılmadan yoluxucu olmayan xəstəliklərə qarşı mübarizəni genişləndirmək mümkün deyil".

 

ÜST rəhbərinin sözlərinə əsasən, dünya ölkələri yoluxucu olmayan xəstəliklərin qarşısının alınması və nəzarət edilməsi, insanların psixi sağlamlığının yaxşılaşdırılması üçün "dövlətlər səviyyəsində vəsait ayrılması artırılmalıdır".

 

"Qlobal ictimayətin dəstəyi də əsasdır. Bu baxımdan, ÜST, UNICEF və BMT-nin İnkişaf Proqramının ölkələrin yoluxucu olmayan xəstəliklərlə mübarizə aparmaq və insanlarda psixi sağlamlığı gücləndirməsinə yönələcək fəaliyyətinin Çox tərəfdaşlı fondun təsis edildiyini bildirməkdən məmnunam. Bütün inkişaf etmiş ölkələri bu fonda dəstək verməyə çağırıram", - Gebreyesus bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır