Modern.az

Hacı Zeynalabdin Tağıyevin heykəli açılışa hazırdı

Hacı Zeynalabdin Tağıyevin heykəli açılışa hazırdı

23 Sentyabr 2021, 09:39

Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyasının qarşısındakı  heykəli açılışa tam hazırdır.

 

Müəllif Xanlar Əhmədov Modern.az-a bildirib ki, onun tərəfindən bütün işlər yekunlaşdırılıb və artıq heykəl ucladılıb.

Qeyd edək ki, heykəl üçün böyük postament qoyulmayıb, abidə yerə yaxın məsafədə yerləşdirilib.

 

X.Əhmədzadə açılış üçün müvafiq qurumların qərar verəcəyini deyib.

Açılışda ölkə başçısının iştirakının da gözlənildiyi bildirilir.

 

Xatırladaq ki, 2019-cu il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirmişdi. Həmin görüşdə Əməkdar artist Bəhram Bağırzadə tərəfindən Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklif səsləndirilmişdi. 

 

Təklifi nəzərə alan Prezident İlham Əliyev martın 11-də Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

 

Daha sonra Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi keçirib. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür