Arxiv
23 Sentyabr 2021, 10:38 | AKTUAL
Mübariz Mənsimov jurnalistlərə ETİRAZ ETDİ: “Belə dəstəyi istəmirəm!”

“Axır zamanlar bəzi TV kanalları, internet TV-lər, köşə yazarları, blogerlər, mənim və şirkətimin adından sui-istifadə edərək, silsiləli verilişlər hazırlayırlar. Biz də sizin kimi bu verilişlərdən və yazılardan işıq üzü görəndə xəbər tuturuq”.

Modern.az xəbər verir ki, bu sözləri Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı, “Palmali” şirkətinin sahibi Mübariz Mənsimov bildirib.

“Mənim və şirkətimin adından danışan hər kəsdən xahiş edirəm ki, mənim rəyim və razılığım olmadan verilişlər hazırlamayın və efirə verməyin. Nəticədə belə güman edilir ki, bu verilişlər (yazılar) mənim sifarişimlə və maliyyə dəstəyimlə hazırlanır”, - deyə M.Mənsimov jurnalistlərə etiraz edib.

O deyib ki, bu günə qədər heç bir media şirkətinə 1 qəpik də olsun pul verməyib, heç bundan sonra da verməyi düşünmür:

"Heç bir medianı maddi cəhətdən dəstəkləməmişəm və bundan sonra da belə olacaq.

 

Belə verilişlər mənim xəbərim olmadan hazırlanır. Bu verilişlərin məzmunu idarə etdiyim "Palmali" şirkəti ilə və mənimlə razılaşdırılmır. Bu səbəbdən razılaşdırılmamış xəbərlərin yayılmasını doğru saymıram. Bu xəbərləri yayaraq, bizi alətə çevirməniz səhv addımdır.

 

Mən iş adamıyam. İşim gəmilərlə və gəmiçilərlədir. Bu çətin vaxtda bir də boş söhbətlərə alət etməyin bizi. Mənim adımdan istifadə edib yayılan xəbərlərin dayandırılmasını tələb edirəm. Bu tərz xəbərləri pisləyir və bu şəkildə mənə verilən özlərinə məxsus dəstəyi istəmir və qəbul etmirəm”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv