Modern.az

Nazirlik “Oba”nın sahibi ilə bağlı prokurorluğa müraciət etdi

Nazirlik “Oba”nın sahibi ilə bağlı prokurorluğa müraciət etdi

23 Sentyabr 2021, 11:08

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların kəsilməsi ilə bağlı toplanmış sənədləri prokurorluğa göndərib.

 

Modern.az-ın məlumatına görə, nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib ki, Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında, Oba marketin qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət əsasında aparılan araşdırma başa çatıb.

 

Araşdırma zamanı sözügedən ərazidəki ağacların kəsilməsinə görə təbiətə 1200 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

 

“İlkin araşdırma zamanı Oba marketin qarşısındakı ağacların marketin rəhbərliyinin göstərişi əsasında kəsildiyinə əsaslı şübhələr yarandığından və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Binəqədi Rayon Prokurorluğuna göndərilib”.

 

V.Cavadov onu da qeyd edib ki, kəsilmiş və düzgün budanmamış ağacların yerinə yenilərinin əkilməsi üçün Bakı şəhər Yaşıllaşdırma Birliyinə rəsmi müraciət olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı