Modern.az

Kapitanı azərbaycanlı olan gəmi son anda qəzadan qurtuldu

Kapitanı azərbaycanlı olan gəmi son anda qəzadan qurtuldu

Dünya

23 Sentyabr 2021, 11:48

Şimal dənizinin Niderland sahillərində Azərbaycan vətəndaşının olduğu gəmidə qorxulu anlar yaşanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Vanuatu bayrağı altında üzən “My Reyhan” yük gəmisi dənizdə hərəkət orientasiyasını itirərək Borssele külək elektrik stansiyasına doğru irəliləyib.

 

Kursu dəyişmək üçün gəmiyə siqnallar verilsə də, “My Reyhan” gəmisi külək stansiyasının üzərinə hərəkət edib. Sahil mühafizə qüvvələrinin sayəsində son anda toqquşmanın qarşısı alınıb.

 

Ternezen limanında gəminin göyərtəsinə qalxan Niderland polisi gəminin kapitanı, adı açıqlanmayan Azərbaycan vətəndaşının ingilis dilini anlamadığını, buna görə ona verilən işarələrə məhəl qoymadığını müəyyən edib.

 

Hazırda məsələ ilə bağlı araşdırma davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir