Modern.az

BDU-nun köhnə yataqxanaları nə vaxt yenilənəcək? - AÇIQLAMA

BDU-nun köhnə yataqxanaları nə vaxt yenilənəcək? - AÇIQLAMA

23 Sentyabr 2021, 11:42

Bakı Dövlət Universitetindən tələbələr üçün yeni yataqxana binalarının nə zaman tikiləcəyi məsələsinə aydınlıq gətirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel İsgəndər məlumat verib.

 

O bildirib ki, hazırda bu istiqamətdə iş aparılır:

 

"Bildiyiniz kimi, Bakı Dövlət Universitetinin müasir standartlara cavab verən, yeni "Tələbə evi" inşa edilib. "Tələbə evi"ndə müasir standartlara cavab verən şərait yaradılıb, otaqlar zəruri mebel, məişət avadanlıqları, istilik sistemi ilə təmin olunub BDU-nun digər yataqxanaları hazırda istafadəyə yarasız vəziyyətdədir. Yeni yataqxana binalarının tikintisi ilə bağlı müzakirələr aparılır, bir sözlə üzərində iş gedir", - deyə məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir