Modern.az

Süd qəbulu məntəqəsində iyrənc mənzərə - FOTO

Süd qəbulu məntəqəsində iyrənc mənzərə - FOTO

23 Sentyabr 2021, 11:55

Bərdə rayonu, Şatırlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Nəsir Şahmalı oğluna məxsus süd qəbulu məntəqəsinə baxış keçirilib.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Modern.az-a verilən məlumata görə, müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib.

 

Belə ki, müəssisədə döşəmənin tamlığının pozulduğu, divar və tavanın sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.

 

Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir