Modern.az

Musa Quliyev seçicilərlə görüş keçirib - FOTOLAR

Musa Quliyev seçicilərlə görüş keçirib - FOTOLAR

23 Sentyabr 2021, 12:18

Milli Məclisin deputatı Musa Quliyevin Gəncədə seçicilərlə növbəti görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, görüş açıq havada Gəncənin “Qələbə Parkında” ilin oktyabrında Ermənistanın raket terroru nəticəsində dağıdılmış ərazidə baş tutub.

 

Görüşdə seçicilərin müraciətləri və şikayətləri dinlənilib, qaldırılan bir sıra yerli əhəmiyyətli problemlər yerindəcə həll edilib. Digər problemlərin həlli üçün deputat müvafiq qurumlara rəsmi müraciət edəcəyini bildirib. Görüş zamanı deputatın təşəbbüsü və AFFA-nın dəstəyi ilə yüz nəfər qazi və şəhid övladlarına, o cümlədən Gəncə terrorundan zərərçəkmiş ailənin uşaqlarına, həmçinin Gəncə “SOS KƏNDLƏRİ” uşaq müəssisəsində yaşayan və valideyn himayəsindən məhrum uşaqlara futbol topu və idman forması hədiyyə edilib.

 

Deputat uşaqlara bu qayğı və dəstəyə görə ölkə rəhbərliyinə və Azərbaycan Uşaq Futbol Federasiyasına minnətdarlığını bildirib. Görüşdə AFFA vitse-prezidenti, millət vəkili Rauf Əliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Quliyev və Gəncə Şəhər Gənclər və İdman İdarəsinin rəisi Həmid Nəsirov iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub