Modern.az

Əməliyyat olunan sabiq başçının vəziyyəti normallaşır

Əməliyyat olunan sabiq başçının vəziyyəti normallaşır

Aktual

23 Sentyabr 2021, 12:33

Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun vəziyyəti normallaşıb.

 

Bu barədə Modern.az-a onun hüquqlarını müdafiə edən vəkil Elnur Vəliyev bildirib.

 

Vəkilin sözlərinə görə, əməliyyat keçirən sabiq icra başçısının müalicəsi Mərkəzi Klinik Xəstəxanada davam etdirilir.

 

Xatırladaq ki, Q. Səmədovun səhhəti həbsdə kəskin pisləşib və o, Şəki Şəhər Mərkəzi Xəstəxanasına köçürülüb. Daha sonra təqsirləndirilən şəxs Bakıda Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilərək orada ürəyindən əməliyyat olunub.

 

Q.Səmədovun vəziyyəti pisləşdiyindən məhkəmə onun barəsində başqa yerə getməmək qərarı çıxarıb və həbsdən azad edib.

 

Qoca Səmədov 2019-cu il dekabrın 19-da Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır