Modern.az

Füzuli hava limanının operatoru 15 yaşlı qızı xilas etdi

Füzuli hava limanının operatoru 15 yaşlı qızı xilas etdi

Aktual

23 Sentyabr 2021, 12:41

Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kənd sakini, 15 yaşlı Allahverdiyeva Rəsmiyyə Dərgah qızı Baş Mil Kanalının Mahmudlu-2 kəndi ərazisindən keçən hissəsində ehtiyatsızlıqdan kanala yıxılıb.

Modern.az-ın məlumatına görə, hadisə ötən gün baş verib.

Füzuli beynəlxalq hava limanında operator (kran sürücüsü) işləyən, 1994-cü il təvəllüdlü Qəbələ rayon sakini Seyidov Anar Əhliman oğlu fədakarlıq göstərərək, kanalda boğulmaqda olan qızın həyatını xilas edib.

Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev Anar Seyidovu qəbul edərək, ona  göstərdiyi fədakarlığa görə öz təşəkkürünü bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi