Modern.az

Şəkidə 55 yaşlı kişi itkin düşüb  

Şəkidə 55 yaşlı kişi itkin düşüb  

Aktual

23 Sentyabr 2021, 12:42

Şəki şəhər sakini, 1966-ci il təvəllüdlü Salamov Tofiq Səmail oğlu avqustun 30-u səhər saatlarında yaşadığı evdən  çıxaraq bir daha geri qayıtmayıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə,  Tofiq Salamovun əlamətləri-boyu 164 sm, gözlərinin rəngi qəhvəyi, saçları ağ və qaradır. Evdən çıxarkən üzərində göy rəngli şalvar və gödəkçə olub.

 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və  055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü