Modern.az

ABŞ dövlət katibinin müavini Azərbaycana təşəkkür etdi

ABŞ dövlət katibinin müavini Azərbaycana təşəkkür etdi

23 Sentyabr 2021, 13:06

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Azərbaycana təşəkkür edib.

 

Modern.az-ın məlumatına görə, V.Nuland tvitterdəki hesabında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşə şad olduğunu yazıb.

 

Dövlət katibinin müavini ABŞ-ın Əfqanıstandan təxliyə səylərinin reallaşmasının Azərbaycan tərəfindən dəstəklənməsinə görə ölkəmizə təşəkkürünü bildirib.

 

Qeyd edək ki, sentyabrın 21-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində V. Nuland və C.Bayramov arasında görüş keçirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu