Modern.az

Rusiyadakı təyyarə qəzasında 6 nəfər ölüb

Rusiyadakı təyyarə qəzasında 6 nəfər ölüb

Aktual

23 Sentyabr 2021, 13:40

Rusiyanın Xabarovsk vilayətində sentyabrın 22-də radarlardan itmiş “AN-26” hərbi təyyarəsinin qalıqları tapılıb.

Modern.az xəbər verir ki, təyyarənin Korfovski qəsəbəsi yaxınlığında “Bolşexextsir” qoruğuna düşdüyü bildirilir.

Rusiya mətbuatının yazdığı son məlumata görə, “AN-26” təyyarəsində olan 6 nəfərin hamısı həlak olub.

“Lyotnıye proverki i sistemı” QSC-yə məxsus “AN-26” təyyarəsindəki 6 nəfər pilotlar və texniki mütəxəssislər idi. Təyyarə rabitə vasitələrini testdən keçirmək üçün texniki uçuş həyata keçirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü