Modern.az

Türk dünyası birgə mübarizəyə BAŞLAYIR

Türk dünyası birgə mübarizəyə BAŞLAYIR

Aktual

23 Sentyabr 2021, 13:51

Azərbaycan, Türkiyə və digər türkdilli ölkələrin birliyi daha da güclənir. Bu ölkələr müsəlman-türk dünyasını və digər dövlətləri narahat edən antisemitizm, islamofobiya və türk düşmənçiliyinə qarşı birgə mübarizə aparmağı hədəfləyirlər. Artıq bu istiqamətində müsbət siqnallar verilməkdədir.

 

Bəs indiki durumda birgə mübarizə mümkündürmü? Türk dövlətlərinin birliyinə dəstək verən ölkələr olacaqmı?

 

Bu barədə Modern.az-a danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli qeyd edib ki, islamofobiya və türk düşmənçiliyi dedikdə ilk ağıla Fransa gəlir. Politoloqun fikrincə, bu dövlət hər iki baxışın yayılmasında mərkəz rolunu oynayır:

 

“İslam əleyhinə təhqiredici karikaturalar hazırlayan jurnallar, türklərə qarşı yönələn məlumatlar Fransada hətta azyaşlı uşaqlar arasında təbliğ edilir.

 

Azərbaycanın apardığı Vətən Müharibəsində Türkiyənin dövlətimizi dəstəkləməsi xristian dünyasında birmənalı qarşılanmadı. Azərbaycana qarş ıəks-təbliğatın başında Fransa dayandı. Müharibə dönəmində Fransa Prezidenti Emmanuel Makron həm Azərbaycana, həm də Türkiyəyə qarşı böyük ittihamlar yağdırdı.

 

Fransa bütün bunlarla bərabər, Avropanın radikal millətçi dövlətlərindən biridir. Bu dövlət zəhərli təbliğatını bütün xristian dünyasında yaymağa, təlqin etməyə çalışır. Azərbaycana qarşı soyqırımıları törədən ermənilər olduğu halda xristian ölkələri bu faktları görməzdən gəlir, xüsusilə Fransa erməniləri dəstəkləyir, onları əzabkeş, yazıq xalq kimi göstərir”.

 

 

Qabil Hüseynli yaxın müddətdə Türk Şurasının Türk Dövlətləri Birliyinə çevriləcəyini xatırladıb:

 

“Altı türk dövləti bir ittifaqda birləşəcək. Bu addım türk və islam düşmənlərini ciddi narahat edir. Onlar türk dövlətlərinin birgə mübarizəyə başladığını artıq duymaqdadırlar. XX əsrin bəlası faşizm olduğu kimi, XXI əsrin bəlası da antisemitizm, islamofobiya və türk düşmənçiliyidir. Fikrimcə, indiki birlik və bərabərlik bu bəlalara qarşı təsirli ola biləcək”.

 

Antisemitizmlə mübarizədə İsrailin də türk dövlətlərinə dəstək olub-olmayacağına gəlincə, politoloq bunun reallaşacağını istisna etmir:

 

“Antisemitizm ideologiya kimi çox qədimdir. Hətta digər düşmənçilik ideologiyalarından da əvvəl yaranıb. Bu, yəhudilərin yaşadığı bütün ölkələrdə özünü büruzə verib. Ancaq ən çox Avropa ölkələrində və Rusiyada pik həddə çatıb. Yəhudilərin bacarıqlı xalq kimi tanınması, bir çox ölkələrdə yüksək strukturlarda, idarəçilikdə yer alması antisemistizmin artmasına səbəb olurdu. Amma hesab edirəm ki, son zamanlar proses bir qədər zəifləyib. Çünki yəhudilər çox aktivdirlər, bu təzahürlərə qarşı mübarizə aparmağı bacarırlar. Həmçinin antisemitizmi yayan ölkələr yəhudilərin dünyada yüksələn nüfuzundan çəkinərək, kəskin addımlar ata bilmirlər.

 

İsrail Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. Mən əminəm ki, Türkiyə və İsrail arasındakı münasibətlər də yaxşılaşacaq və İsrail antisemitizmlə mübarizədə birgə fəaliyyətə dəstək olacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü