Modern.az

Parlament qanunu: ancaq bu şəxslərə oliqarx deyiləcək

Parlament qanunu: ancaq bu şəxslərə oliqarx deyiləcək

23 Sentyabr 2021, 15:18

Ukrayna Ali Radası oliqarxlarla bağlı qanun layihəsini qəbul edib.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, qanuna əsasən, oliqarx statusu siyasi həyatda iştirak edən, KİV-ə xüsusi təsir imkanları olan, inhisarçı şirkərdə səhmləri olan və şəxsi sərvəti 85 milyon dollardan çox olan şəxslərə şamil ediləcək.

 

Hər hansı vətəndaşın oliqarx kimi tanınması üçün Milli Təhlükəsizlik və Müdafiə Şurası qərar verməli və potensial oliqarxı xüsusi reyestrə daxil etməlidir.

 

Oliqarxlara siyasi partiyaları, namizədləri və mitinqləri maliyyələşdirmək, iri şirkətlərin özəlləşdirilməsində iştirak etmək qadağan olunacaq.

 

Dövlət məmurları və iri şirkət rəhbərləri oliqarxlarla görüşə görə hesabat verəcək. Bundan başqa, söhbətə başlamazdan öncə, oliqarx öz statusu barədə həmsöhbətini məlumatlandırmalıdır.

 

Qanun 10 il qüvvədə olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?