Arxiv
23 Sentyabr 2021, 15:30 | MƏDƏNİYYƏT
Telejurnalist Şuşada direktor təyin olundu

Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub.

 

Modern.az xəbər verir ki, bu vəzifəyə tanınmış telejurnalist Fəxrəddin Hacıbəyli təyinat alıb.

 

Bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

 

Mədəniyyət Nazirliyindən bildirilib ki, Fəxrəddin Camal oğlu Hacıyev (Hacıbəyli) 02.09.2021-ci tarixli əmrlə ev-muzeyinin direktoru təyin edilib.


Qeyd edək ki, Fəxrəddin Hacıyev vaxtilə Azərbaycan Dövlət Televiziyasında çalışıb. Daha sonra Ağdam Dram Teatrının direktoru vəzifəsində işləyib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv