Modern.az

Şəhidlərin xatirəsi əbədiləşdirilir

Şəhidlərin xatirəsi əbədiləşdirilir

Aktual

23 Sentyabr 2021, 16:25

Ölkəmizin hər yerində olduğu kimi Naftalan şəhərində də Vətən Müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir.

 

Modern.az xəbər verir ki, 27 sentyabr 2020-ci il tarixdə erməni vandallarının atdığı top mərmisi nəticəsində həyatlarını itirmiş 5 mülki Şəhidin şəkilləri həkk olunmuş mərmər barelyeflər şəhidlərimizin xatirəsinə yaradılmış Memorial Kompleksə vurulmuşdur, həmçinin Memorial Kompleksdə təmir işləri aparılır.

 

Naftalan şəhəri Heydər Əliyev prospektində şəhidlərimizin adlarının əbədiləşdirilməsi məqsədi ilə Şəhidlər bulağının inşası üçün tikinti işlərinə başlanılmışdır.

 

ŞİH başçısı Vüqar Novruzov Şəhidlər bulağının tikintisinə baxış keçirmiş, aidiyyatı üzrə tapşırıqlarını vermişdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar