Modern.az

Şəmkir və Yenikənd su anbarlarına balıq körpələri buraxıldı

Şəmkir və Yenikənd su anbarlarına balıq körpələri buraxıldı

23 Sentyabr 2021, 18:00

Su hövzələrində balıq populyasiyasının artırılması, ekosistemin qorunması və su bioresurslarının bərpasına dəstək məqsədilə Şəmkir və Yenikənd su anbarlarına balıq körpələrinin buraxılışı həyata keçirilib.

 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Modern.az-a açıqlamasında bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının birgə iştirakı ilə ümumilikdə 200 000 çəkikimi balıq körpəsi Şəmkir və Yenikənd su anbarlarına buraxılıb. 

 

“Ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə vermək məqsədilə təbii su hövzələrinə balıq buraxılışı oktyabrın sonunadək davam edəcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!