Modern.az

Nizami Gəncəvi Mərkəzinin üzvləri Ərdoğanla görüşdülər

Nizami Gəncəvi Mərkəzinin üzvləri Ərdoğanla görüşdülər

Aktual

23 Sentyabr 2021, 19:10

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri BMT-nin Baş Assambleyası çərcivəsində Türkiyə Çümhuriyyətinin Prezidenti Rəcəb Tayyıb Ərdoğan və Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri cənab Binəli Yıldırımla görüş keçiriblər.

 

Mərkəzdən Modern.az-a verilən məlumata görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Xorvatiyanın sabiq Prezidenti xanım Kolinda Grabar-Kitaroviç, Bolqarıstanın sabiq Prezidenti Rozen Plevneliyev, Bosniya və Herzeqovinanın sabiq Prezidenti Mladen İvaniç, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibi Rövşən Muradov, Baş Katib müavini İlahə İbrahimli və Toğrul Əkbərli iştirak ediblər.

 

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Mərkəzin təşkil etdiyi XXI Ali Səviyyəli toplantı, VIII Global Bakı Forumu və Mərkəzin sülh, təhlükəsizlik, Peoples Vaccine, Qərbi Balkanlar kimi layihələri haqqında fikir mübadiləsi aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı