Arxiv
23 Sentyabr 2021, 20:06 | AKTUAL
Ərdoğan Putinlə görüşdə bu məsələləri müzakirə edəcək

“Sentyabrın 29-da Vladimir Putinlə Soçidə keçirəcəyim ikitərəfli görüş həqiqətən də böyük önəm daşıyır”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri çərçivəsində türkiyəli jurnalistlərə müsahibəsində deyib.

 

O qeyd edib ki, görüşdə sadəcə İdlib məsələsinə həsr olunan danışıqlar olmayacaq.

 

"Eyni zamanda, Türkiyə-Rusiya əlaqələrini və Suriyada vəziyyətin necə olduğunu, bundan sonrakı mərhələdə atılacaq addımları geniş şəkildə müzakirə edəcəyik. Hər hansı üçüncü şəxsin iştirakı olmadan müzakirələr aparacağıq", - deyə Ərdoğan bildirib.

 

Türkiyə Prezidenti, həmçinin vurğulayıb ki, Türkiyə-Rusiya əlaqələrində önəmli qərar qəbul ediləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv