Arxiv
23 Sentyabr 2021, 21:12 | AKTUAL
Türkiyəli futbolçu rəsmən “Barselona”da

İspaniyanın “Barselona” klubu Türkiyənin “Kayserispor” komandasının futbolçusu Emre Demiri heyətinə qatıb.

 

Modern.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

 

17 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalanıb. Gənc oyunçu yeni komandasına mövsüm başa çatdıqdan sonra qoşulacaq.

 

Qeyd edək ki, “Barselona” transfer üçün qarşı tərəfə 2 milyon avro təzminat ödəyib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv