Arxiv
23 Sentyabr 2021, 21:51 | DÜNYA
Türkiyə əhalisinin 69%-dən çoxu tam peyvəndlənib

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 217 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 356 132 nəfərdən test götürülüb, onların 27 844-nün testi pozitiv nəticə verib, 21 267 nəfər sağalıb.

 

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 85.69%-nə bir doza, 69,28 %-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.

 

Akif İsmayılov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv