Arxiv
23 Sentyabr 2021, 23:13 | AKTUAL
Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verdi

Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib.

 

Modern.az xəbər verir ki, bu barədə məhkəmənin rəsmi saytında məlumat yer alıb.

 

Azərbaycanın məhkəməyə müraciətində bildirilib ki, Ermənistan azərbaycanlılara qarşı milli və ya etnik mənsubiyyətinə görə bir sıra ayrı-seçkilik hərəkətləri edib və etməyə davam edir.

 

Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanıdır. Təşkilatın qərargahı Niderlandın Haaqa şəhərindəki Barış Sarayındadır. Məhkəmənin əsas vəzifələri dövlətlərə təqdim edilmiş hüquqi mübahisələrin həlli və lazımi qaydada səlahiyyətli beynəlxalq orqanlar və qurumlar tərəfindən ona təqdim edilmiş hüquqi məsələlər üzrə məsləhətçi rəy verməkdir.

 

Akif İsmayılov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv