Modern.az

Goranboyda ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib

Goranboyda ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib

Aktual

24 Sentyabr 2021, 09:55

Sentyabrın 23-də Goranboy rayonu Heydər Əliyev adına Parkda, açıq havada ali məktəblərə yüksək balla qəbul olunan məzunlarla növbəti görüş keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Miili Məclisin deputatı Anar Məmmədov  və rayonun ümumtəhsil məktəblirinin yüksək bal toplamış məzunları, müəllimlər, valideynlər və ictimai fəallar iştirak ediblər. Öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət edilib.

 

Tədbirdə çıxış edən icra başçısı Məhərrəm Quliyev və  deputat Anar Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən dövlət təhsil siyasəti, bu siyasətin cəmiyyət və təhsilin inkişafına qazandırdığı böyük nailiyyətləri və Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevanın  “Yeniləşən Azərbaycana yeni məktəb layihəsi” əsasında rayonumuzda görülmüş işlər barədə  danışıblar.

 

Daha sonra İcra başçısı və deputat tərəfindən məzun və müəllimlərə fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub