Modern.az

Səyyad Əlizadənin son DURUMU

Səyyad Əlizadənin son DURUMU

24 Sentyabr 2021, 11:19

Mərkəzi Gömrük Hospitalında müalicə alan müğənni Səyyad Əlizadənin vəziyyəti ağır, stabil olaraq qalır.

 

Bu barədə Modern.az-a onun kürəkəni Razim Qasımov məlumat verib.

 

O bildirib ki, həkimlər sənətçinin vəziyyəti stabilləşənə qədər ECMO aparatına qoşulu qalacağını deyiblər:

 

“Hələ ki, sağaltmaq üçün bütün mümkün olanı edilir. Hazırda nə pisləşmə var, nə irəliləyiş, hələ ki, gözləyirik. Həkimlər bu vəziyyətin bir müddət davam edə biləcəyini deyirlər. Bizə sadəcə dua etmək və gözləmək qalır”.

 

Qeyd edək ki, müğənni Səyyad Əlizadə və həyat yoldaşı Kəmalə Əlizadə bir müddət əvvəl koronavirusa yoluxublar. Hər ikisi Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdiriliblər. S.Əlizadə xəstəxanaya yerləşdirildiyi gündən komadadır. Onun vəziyyəti ağır olduğu üçün yaxınları Mərkəzi Gömrük Hospitalına köçürülməsini istəyiblər. Həyat yoldaşı isə sağalaraq, evə yazılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir