Arxiv
24 Sentyabr 2021, 12:27 | DÜNYA
Almaniyanın yeni kansleri kim olacaq?

Almaniyada sentyabrın 26-da Bundestaqa seçkilər keçiriləcək.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “ZDF” telekanalı seçkilərdən sonra kansler postunu tərk edəcək Angela Merkelin varisinin kimliyi ilə bağlı sorğu keçirib.

 

Respondentlərin əksəriyyəti seçkilərə 3 gün qalmış kansler postunda Sosial-demokrat Olaf Şoltsu gördüklərini bildiriblər.

 

Rəyi soruşulanların 475-i onun adını çəkib. Növbəti yerlərdə Merkelin dəstəklədiyi Armin Laşet (20%), və Annalen Berbok (16%) qərarlaşıb.

 

 17% respondent isə kimi seçəcəkləri ilə bağlı qərarsız qaldıqlarını deyiblər.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv