Modern.az

İcra başçısı qazini evində ziyarət edib - FOTO

İcra başçısı qazini evində ziyarət edib - FOTO

Aktual

24 Sentyabr 2021, 16:18

Bu gün ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə diqqət və qayğının göstərilməsidir.

 

Modern.az xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə yaralanan Naftalanlı qazi Qiyas Tağıyevi evində ziyarət ediblər.

 

Səmimi söhbət zamanı qazini maraqlandıran məsələlər müzakirə olunub, səhhəti ilə maraqlanılıb, qazinin övladlarına hədiyyələr təqdim olunub, eləcə də qazimizin Bakı şəhərində müayinə və müalicəsi üçün maddi dəstək olunub və vurğulanıb  ki, bundan sonra da onun sağlamlığına qovuşması üçün dövlətimiz tərəfindən bütün tədbirlər görüləcəkdir.

 

Övladına göstərilən diqqət və qayğıya görə razılığını ifadə edən qazinin anası ölkə rəhbərliyinə sonsuz minnətdarlığını bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir