Modern.az

Aktiv xəstə sayı azalır - Bu günün STATİSTİKASI

Aktiv xəstə sayı azalır - Bu günün STATİSTİKASI

24 Sentyabr 2021, 16:30

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1128 yeni yoluxma faktı qeydə alınıb, 2590 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən 21 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 478715 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 446643 nəfər müalicə olunaraq sağalıb, 6415 nəfər vəfat edib, aktiv xəstə sayı 25657 nəfərdir.

 

Ölkədə son sutka ərzində 11505, hazırkı dövrədək isə 4802229 test aparılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir