Modern.az

Şabranda qanunsuz ov edən şəxs saxlanıldı

Şabranda qanunsuz ov edən şəxs saxlanıldı

24 Sentyabr 2021, 17:30

Şabranda qanunsuz ov edən şəxs saxlanılıb.

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Modern.az-a verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Şabran rayonu ərazisində ov edən şəxs saxlanılıb.

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, brakonyerə məxsus 99-UU-811 dövlət nömrə nişanlı “NİVA” markalı avtomobilə keçirilən baxış zamanı vəhşi təbiətdən tutulmuş diri vəziyyətdə adı "Qırmızı kitab"a düşən Qafqaz şahini aşkar edilib: "Araşdırma zamanı qanun pozucusunun Bakı şəhər sakini İlkin Əcəmov olduğu müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

 

B.Məhəmmədovun sözlərinə görə, baytar nəzarətindən sonra quş təbiətə buraxılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi