Modern.az

Texniki Universitetin vəzifəli əməkdaşı işdən çıxarıldı

Texniki Universitetin vəzifəli əməkdaşı işdən çıxarıldı

Aktual

24 Sentyabr 2021, 18:18

Azərbaycan Texniki Universitetində (AzTU) kadr dəyişikliyi aparılıb.

 

Universitetdən Modern.az-a verilən məlumata görə, AzTU-nun Karyera Mərkəzinin müdiri Aytac Rzayeva vəzifəsindən azad edilib. Onun yerinə Keyfiyyətin idarə edilməsi şöbəsinin müdiri Təhminə Yaqubova təyin olunub.

 

Digər dəyişikliyə əsasən, Tədris hissəsinin müdiri Qəmər İsayeva Keyfiyyətin idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

 

Maşınqayırma və robototexnika fakültəsinin dekanı Ərəstun Məmmədov isə Tədris hissəsinin müdiri vəzifəsinə təyin olunub.

 

Maşınqayırma və robototexnika fakültəsinin dekanı vəzifəsi müvəqqəti olaraq dekan müavini Elgün Şəbiyevə həvalə olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?