Arxiv
24 Sentyabr 2021, 18:52 | AKTUAL
Daşkəsəndə itkin düşən şəxslərin meyitləri TAPILDI

Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşlarının ANAMA əməkdaşlarının iştirakı ilə birlikdə keçirdikləri axtarış tədbirləri nəticəsində iyul ayının 30-da itkin düşmüş Daşkəsən rayon Alaxançallı kənd sakinləri 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş cəsədlərini Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə aşkarlayıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, onların nəşi həmin ərazidən çıxarılaraq ekspertizaya təqdim edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv