Modern.az

BMT-də Azərbaycanın təşəbbüsü ilə birgə bəyanat səsləndirildi

BMT-də Azərbaycanın təşəbbüsü ilə birgə bəyanat səsləndirildi

Aktual

24 Sentyabr 2021, 19:00

BMT-nin insan Hüquqları Şurasının (İHŞ) davam edən 48-ci sessiyası çərçivəsində 24 sentyabr 2021-ci il tarixində Şuranın gündəliyinin 4-cü bəndi (İHŞ-nin diqqətini tələb edən vəziyyətlər) üzrə ümumi müzakirələr zamanı Azərbaycanın təşəbbüsü və dünyanın müxtəlif regionlarından olan 27 BMT üzv dövlətinin həm-müəllifliyi ilə minaların insan hüquqlarına təsiri mövzusunda birgə bəyanat səsləndirilib.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Modern.az-a verilən xəbərə görə, İHŞ çərçivəsində bu mövzuda ilk dəfədir ki, səsləndirilən bəyanatda piyada əleyhinə minaların insan hüquqlarına, o cümlədən yaşayış, sağlamlıq, təhlükəsizlik və sosial-iqtisadi hüquqlara mənfi təsiri mövzusuna toxunulur və dövlətlər minalardan təmizləmə sahəsində əməkdaşlığa, həmçinin təcrübə və məlumat mübadiləsinə dəvət olunur.

 

Bəyanatda, həmçinin BMT və onun ixtisaslaşmış qurumları və digər dövlətlər minalardan zərər çəkmiş dövlətlərə dəstək olmağa çağırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü