Arxiv
24 Sentyabr 2021, 20:38 | AKTUAL
Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatına qatılacaq

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo İspaniyanın Huelva şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

 

Azərbaycan Badminton Federasiyasından Modern.az-a verilən məlumata görə, “TotalEnergies BWF World Championships 2021”ə vəsiqə qazanmış badmintonçuların siyahısında 23 yaşlı idmançının da adı var.

 

Dviçayo kişi badmintonçuların şəxsi yarışında 64 idmançı arasında 45-ci olaraq dünya çempionatına lisenziya əldə edib. O, Azərbaycanı nüfuzlu yarışda təmsil edən ilk badmintoçu olacaq.

 

Qeyd edək ki, dünya çempionatı bu il 12 - 19 dekabrda təşkil ediləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv