Modern.az

Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi mövcud deyil

Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi mövcud deyil

Aktual

24 Sentyabr 2021, 20:49

“Dağlıq Qarabağ münaqişəsi” keçmişdə qalıb və Azərbaycan Respublikasında “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi mövcud deyil.

 

Bu sözləri Modern.az saytına açıqlamasında Azəbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının ümumi müzakirələri zamanı səsləndirdiyi fikirləri şərh edən millət vəkili, Avronest Parlament Assambleyasında Azərbycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Millət vəkili qeyd edib ki, "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli Dekreti Azərbaycan xalqının iradəsinə, milli mənafeyinə zidd olaraq verilmiş, Azərbaycanın ən böyük təbii-iqtisadi rayonu olan Qarabağın infrastrukturunun dağıdılmasına, təsərrüfat əlaqələrinin qırılmasına yönəldilən, Dağlıq Qarabağın Azərbaycanın əzəli tərkib hissəsi olduğuna dair bütün etnik, tarixi, siyasi, iqtisadi və mənəvi əlamətləri bu ərazidə yox etmək üçün üçün verilən bir qərardır: “SSRİ-nin süqutundan sonra Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsi ilə nəticələnən separatizm hərəkatı da sübuya yetirildi ki, vaxtilə Azərbaycan vətəndaşlarının öz iradələrini sərbəst şəkildə ifadə etmək hüququnu tanımayan totalitar rejim və onun daxilində şəbəkələşmiş erməni millətçiləri bu qərarın verilməsinə Qarabağın Azərbaycandan qopardılması üçün çalışıblar”.

 

Azər Kərimlinin sözlərinə görə, sentyabrın 27-də Azərbaycan Ordusunun başlatdığı əks-hücum və sülhə məcburetmə əməliyyatı, ölkəmizin ərazi bütövlüyü ilə yanaşı, bölgənin digər xalqlarının da təhlükəsiz yaşamasına xidmət edib:

 

“Azərbaycanın yalnız Ermənistanın işğalçı ordusunu deyil, həm də erməni faşizmini məğlub edib. Bununla da təkcə Cənubi Qafqaz üçün deyil, daha geniş bir region üçün daim münaqişə təhlükəsi yaradan erməni faşizminə ağır zərbə vurulub. Cənab Prezidentin də qeyd etdiyi kimi, əgər ölkəmizin ərazi bütövlüyünə və təhlükəsizliyinə yenidən təhlükə yaranarsa, Azərbaycanın tərəddüd etmədən özünümüdafiə hüququndan istifadə edəcək”.
Millət vəkili bildirib ki, Azərbaycanın 44 günlük müharibədə qalib gəldiyinə baxmayaraq, Ermənistanla sülh müqaviləsi üzərində işləməyə başlamağa hazır olduğunu bəyan etməsi xalqımızın və dövlətimizin humanist mahiyyətindən, insan amilinə verdiyi yüksək dəyərdən irəli gələn bir yanaşmadır: “Amma buna baxmayaraq, Ermənistan hələ də bölgədə davamlı, dayanıqlı sülhün bərqərar olmasına mane olmağa, prosesləri bacardığı qədər ləngitməyə cəhd göstərir. Şübhəsiz ki, bu qəbildən olan manipulyativ davranışların heç bir perspektivi yoxdur və Azərbaycanın bölgədə yaratdığı reallıqlar heç bir halda dəyişməyəcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar