Modern.az

Türkiyədə daha 221 nəfər virusun qurbanı oldu

Türkiyədə daha 221 nəfər virusun qurbanı oldu

24 Sentyabr 2021, 22:07

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 221 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 355 226 nəfərdən test götürülüb, onların 27 197-nin testi pozitiv nəticə verib, 20 458 nəfər sağalıb.

 

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 85.90%-nə bir doza, 69,74%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?