Arxiv
24 Sentyabr 2021, 23:11 | DÜNYA
Paşinyan: "Ermənistan davamlı sülh üçün dialoqa hazırdır"

"Ermənistan konstruktiv dialoqa hazırdır və bu, bölgədə uzunmüddətli sülhün bərqərar olmasına səbəb olacaq. Bu mənada 2020-ci ilin 9 noyabrında və 2021-ci ilin 11 yanvarında Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatın 9-cu maddəsində qeyd edildiyi kimi, regional kommunikasiyaların açılmasının son dərəcə əhəmiyyət daşıdığını düşünürəm".

 

Modern.az  xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 76-cı sessiyasında video formatda çıxış edərkən deyib.

 

Paşinyan bildirib ki, regionun qarşılıqlı kəsişən nəqliyyat əlaqələri bu məsələnin həll edilməsinin nəticəsi olacaq.

 

"Bu vacib vəzifənin həllinin nəticəsi bölgə ölkələrinin nəqliyyat arteriyaları ilə bir-birinə bağlanması olacaq. Dinc inkişafın vacib şərtlərindən biri olan iqtisadi əlaqələrin qurulması üçün bir fürsət yaradılacaq. Türkiyəni Ermənistanla birləşdirən dəmir yolu xətti də açılsa, regional kommunikasiyaların açılması mövzusu daha geniş miqyas alacaq", - deyə Paşinyan qeyd edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv