Modern.az

Braziliya prezidentinin oğlu da koronavirusa yoluxdu

Braziliya prezidentinin oğlu da koronavirusa yoluxdu

Dünya

25 Sentyabr 2021, 00:50

Braziliya prezidenti Yair Bolsonarunun oğlu, millət vəkili Eduardo Bolsonaru BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün getdiyi Nyu-York səfərindən sonra yeni növ koronavirusa yoluxub.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.

 

Prezidentin oğlu xəstəliyin qoxu itkisi və soyuqla müşayiət olunduğunu bildirib. Buna baxmayaraq, o, özünü yaxşı hiss edir və artıq müalicə olunur.

 

Daha əvvəl Bolsonaru ilə birlikdə Nyu Yorka gedən Braziliyanın Səhiyyə naziri Marselo Keiroqanın koronavirusa yoluxduğu bildirilib.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!