Modern.az

7058 cütlük qovuşdu - Bu il ən çox nikahın qeydə alındığı AY

7058 cütlük qovuşdu - Bu il ən çox nikahın qeydə alındığı AY

Ölkə

25 Sentyabr 2021, 11:06

2021-ci il başlayandan ölkə üzrə ən çox nikah iyul ayında bağlanıb.

 

Bu barədə Ədliyyə Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

 

Rəsmi məlumata görə, yanvar-iyul aylarında qeydiyyat orqanları tərəfindən ümumilikdə 30.290 nikah dövlət qeydiyyatına alınıb. Nikahların 7058-i iyul ayının payına düşüb.

 

Qeyd edək ki, COVID-19 pandemiyası səbəbindən Azərbaycanda toy mərasimlərinin keçirilməsinə qoyulan qadağa bu il iyulun 1-dən götürülüb.

 

Toylarda 150 nəfərədək qonağın iştirakına yalnız COVID-19 pasportu olduğu halda icazə verilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi