Arxiv
25 Sentyabr 2021, 13:47 | ÖLKƏ
Bakının milli tərkibi - türklər, ruslar, ermənilər - MARAQLI STATİSTİKA

Son məlumatlara görə, Bakı əhalisinin sayı 2 300 445 nəfərdir. Proqnozlara görə, 2040-cı ildə paytaxt əhalisinin sayı 3,17 mln. nəfərə çatacağı gözlənilir.

 

Modern.az rəsmi göstəricilərə əsasən xəbər verir ki, paytaxt əhalisinin 1 144 325 nəfəri kişilər, 1 156 120 nəfəri qadınlardır.

 

Rəsmi məlumata görə, Bakıda 0-4 yaşda olanlar 146 280 nəfər (76 874 kişi, 69 406 qadın), 5-9 yaşda olanlar 179 686 nəfər (95 101 kişi, 84 585 qadın), 10-14 yaşda olanlar 142 257 nəfər (76 153 kişi, 66 104 qadın), 15-19 yaşda olanlar 114 655 nəfər (62 585 kişi, 52 070 qadın), 20-24 yaşda olanlar 132 485 nəfər (71 507 kişi, 60 978 qadın), 25-29 yaşda olanlar 176 038 nəfər (91 678 kişi, 84 360 qadın), 30-34 yaşda olanlar 224 581 nəfər (111 542 kişi, 113 039 qadın), 35-39 yaşda olanlar 208 068 nəfərdir (101 831 kişi, 106 237 qadın).

 

Bundan başqa, 40-44 yaşda olanlar 177 157 nəfər (87 597 kişi, 89 560 qadın), 45-49 yaşda olanlar 146 084 nəfər (68 862 kişi, 77 222 qadın), 50-54 yaşda olanlar 152 535 nəfər (70 524 kişi, 82 011 qadın), 55-59 yaşda olanlar 158 384 nəfər (73 310 kişi, 85 074 qadın), 60-64 yaşda olanlar 142 237 nəfər (68 348 kişi, 73 889 qadın), 65-69 yaşda olanlar 86 107 nəfər ( 39 421 kişi, 46 686 qadın), 70-74 yaşda olanlar 54 855 nəfər (24 015 kişi, 30 840 qadın), 75-79 yaşda olanlar 23 035 nəfər (9606 kişi, 13 429 qadın), 80 və yuxarı yaşda olanlar 36 001 nəfər (15 371 kişi, 20 630 qadın) təşkil edir.

 

Rəsmi məlumata görə, paytaxtdakı əmək qabiliyyətli əhalinin sayı 1 592 052 nəfərdir ki, onlardan da 807 787 nəfəri kişilər, 784 265 nəfəri qadınlardır.

 

Əhalinin son siyahıyaalmasına görə, Bakı əhalisinin milli tərkibi aşağıdakı kimi sıralanıb:

 

- Azərbaycanlılar 1 milyon 848 min 100 nəfər;

- Ruslar 108.5 min nəfər;

- Ləzgilər 29.9 min nəfər;

- Tatarlar 25.2 min nəfər;

- Ukraynlılar 21.1 min nəfər;

- Yəhudilər 6.1 min nəfər;

- Gürcülər 2.2 min nəfər;

- Türklər 2.1 min nəfər;

- Talışlar 1,0 min nəfər;

- Avarlar 0.3 min nəfər;

- Tatlar 0.3 min nəfər;

- Kürdlər 0.2 min nəfər;

- Ermənilər 0.1 min nəfər;

- Udinlər 0.04 min nəfər;

- Saxurlar 0.03 min nəfər;

- Qrızlar 0.002 min nəfər;

Digər millətlər 5.7 min nəfər təşkil edir.
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv