Arxiv
25 Sentyabr 2021, 17:34 | AKTUAL
DEPUTAT: “Bu şirkətlər vaksin biznesindən milyardlar qazanırlar”

“Bloomberg” agentliyinin məlumatına görə, indiyədək dünyada COVİD-19 əlehinə 6.1 milyard doza vaksindən istifadə edilib. Artıq dünyanın 184 ölkəsi vaksinasiya prosesinə qoşulub. Hər gün 27.9 milyon doza vaksin istifadə olunur.

 

Bu barədə Modern.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, vaksinasiya prosesinin digər tərəfi, peyvənd istehsal edən şirkətlərin bu prosesdən böyük məbləğdə gəlir əldə etməsidir:

 

"Qlobal Vaksin Alyansının qiymətləndirmələrinə görə, 2021-ci ilin ilk yarısının nəticələrində “Moderna” vaksin satışından 6 milyard dollar əldə edib və bunun da 69 faizi xalis mənfəətdir. Sözügedən şirkətin vaksin satışından əldə edəcəyi gəlirin bu il 20 milyard dolları keçəcəyi gözlənilir. Qeyd etmək lazımdır ki, "Moderna" və "BioNTech" şirkətlərinin vaksin istehsalınadək hər hansı ciddi kommersiya məhsulları olmayıb. “Pfizer” şirkəti artıq 11 milyard dollarlıq vaksin satışını həyata keçirib. Bu il sözügedən şirkət 33.5 milyard dollarlıq vaksin satmaq niyyətindədir. Şirkət satdığı vaksinin cəmi 0.5 faizini yoxsul ölkələrə göndərib".

 

Parlamentarinin sözlərinə görə, COVID-19 virusundan indiyədək dünyada 4 milyon 550 min insan həyatını itirib:

 

"Göründyü kimi, bir yanda insanlar həyatlarını itirdikləri halda, digər yanda virusdan milyardlar qazanılır".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv