Modern.az

Nazir Türk Şurasının baş katibi ilə görüşdü - FOTO

Nazir Türk Şurasının baş katibi ilə görüşdü - FOTO

25 Sentyabr 2021, 18:20

Gənclər və idman naziri Fərid Qayıbov İstanbulda Türk Şurasının mənzil-qərargahını ziyarət edib və baş katib Bağdad Amreyevlə görüşüb.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüş zamanı Özbəkistanda keçirilmiş Türk Şurası gənclər və idman nazirlərinin beşinci iclasında qəbul edilmiş qərarların icrası müzakirə olunub.

 

Gənclər və idman sahəsində əməkdaşlığı genişləndirməyin əhəmiyyətini vurğulayan nazir birgə layihələrin həyata keçirilməsinin önəmini qeyd edib.

 

Görüşdə Türk Şurası baş katibinin müavini Qismət Gözəlov, layihə əlaqələndiricisi Əli Çivilər, Gənclər və İdman Nazirliyinin sektor müdirləri Fuad Babayev və Kənan Kərimov iştirak ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?