Arxiv
25 Sentyabr 2021, 18:30 | AKTUAL
Mikayıl Cabbarov Alessandro Frakassetti ilə görüşüb

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov BMT İnkişaf Proqramının (UNDP) Azərbaycanda fəaliyyət müddəti başa çatan rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, iqtisadiyyat naziri UNDP-nin ölkəmizdə gördüyü işlərin, həyata keçirilmiş layihələrin əhəmiyyətini vurğulayıb, rezident nümayəndəyə səmərəli fəaliyyətinə görə minnətdarlıq edib, gələcək işlərində uğurlar arzulayıb.

 

Görüşdə UNDP-nin innovasiya, “yaşıl iqtisadiyyat”, regionlarda sosial-iqtisadi və biznes əlaqələrinin genişləndirilməsi kimi istiqamətlər üzrə göstərdiyi dəstəyin əhəmiyyəti qeyd edilib.

 

Alessandro Frakassetti fəaliyyəti müddətində ona göstərilən diqqətə görə təşəkkür edib, Azərbaycan hökuməti tərəfindən UNDP-nin ölkəmizdə fəaliyyətinin səmərəli təşkilinə göstərilən dəstəyi yüksək qiymətləndirib.

 

Bildirilib ki, UNDP “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə və “2021-2025-ci illər üçün sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq Azərbaycan hökumətinə dəstək verməyə hazırdır.

 

Tərəflər UNDP-nin Azərbaycanda fəaliyyəti, əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv