Modern.az

Ermənistan ordusuna köhnə raketlər satan keçmiş zabit həbs edildi

Ermənistan ordusuna köhnə raketlər satan keçmiş zabit həbs edildi

Aktual

25 Sentyabr 2021, 19:43

Ermənistan ordusunun Aviasiya İdarəsinin keçmiş rəisinə qarşı cinayət işi açılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

O, yararsız vəziyyətə düşmüş və istifadə müddəti bitmiş raketlər təchiz etməkdə ittiham olunur. Məlumata görə, o, 2011-ci ildə ucuz qiymətə 1985-1991-ci illərdə istehsal olunan raketlər alıb.

 

İstifadə müddəti bitdiyinə görə raketlər silahlanmaya qəbul edilməsə də, Müdafiə Nazirliyində saxlanılıb. Daha sonra Aviasiya idarəsinin rəisi saxta sənədlər hazırlayaraq raketləri bazar qiymətindən baha qiymətə, təxminən 1 100 dollara hərbi idarəyə satıb.

 

Aviasiya idarəsinin rəisi bu raketlər üçün 5,6 milyon ABŞ dolları məbləğində müqavilə imzalayıb.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı