Arxiv
25 Sentyabr 2021, 20:51 | AKTUAL
Anım günü ilə əlaqədar bu avtobusların hərəkət sxemi dəyişdirilir

27 sentyabr Anım günü keçiriləcək tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə “Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva küçələri, Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər olmaqla, bütün növ nəqliyyat vasitələri hərəkəti məhdudlaşdırıldığından bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti olaraq dəyişdiriləcək.

 

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

 

Belə ki, sentyabrın 27-də saat 06:30-dan anım tədbirləri tam başa çatanadək 1, 2, 3, 4, 5, 6, 10, 18, 21, 30, 31, 32, 37, 39, 46, 49, 53, 65, 77, 88, 125, 127, 175, 205 və M3 nömrəli marşrutlar üzrə avtobusların hərəkəti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv