Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.
Modern.az xəbər verir ki, günün ikinci matçında “Səbail” “Zirə”ni qəbul edib.
“ASCO Arena”dakı qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qələbə sayəsində xallarının sayını 8-ə çatdıran “qartallar” üçüncü pilləyə yüksəlib. “Dənizçilər” isə 6 xalla 4-cü sıradadır.
Qeyd edək ki, günün ilk oyununda “Qarabağ” səfərdə “Keşlə” ilə heç-heçə edib - 1:1. Tura sentyabrın 26-da oynanılacaq “Sabah” - “Neftçi” və “Sumqayıt” - “Qəbələ” matçları ilə yekun vurulacaq.