Arxiv
25 Sentyabr 2021, 21:49 | DÜNYA
“Taliban”ın tanınması müzakirə mövzusu deyil” – Lavrov

“Taliban”ın beynəlxalq səviyyədə tanınması hazırda müzakirə mövzusu deyil”.

 

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

 

O qeyd edib ki, indiki məqamda “Taliban”ın beynəlxalq səviyyədə tanınması məsələsi müzakirə edilmir.

 

Xatırladaq ki, Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı Dohada olan nümayəndəsi Suheyl Şajini Əfqanıstanın BMT səfiri vəzifəsinə irəli sürüb.

 

Akif İsmayılov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv