Modern.az

“Çelsi” “Maçester Siti”yə məğlub oldu

“Çelsi” “Maçester Siti”yə məğlub oldu

25 Sentyabr 2021, 21:55

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının 5-ci turunun mərkəzi qarşılaşması keçirilib.

 

Modern.az xəbər verir ki, “Stenford Bric” stadionunda baş tutan görüşdə “Çelsi” klubu “Maçester Siti” komandasını qəbul edib.

 

Görüş qonaqların minimal hesabla qələbəsi ilə yekunlaşıb - 1:0.

 

Bu qələbə sayəsində Mançester təmsilçisi xal ehtiyatını 13-ə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Çelsi” isə eyni xalla üçüncü yerdə qərarlaşıb.

 

Paralel keçən görüşdə “Mançester Yunayted” öz meydanında gözlənilmədən “Aston Villa”ya məğlub olub - 1:0.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir