Modern.az

Mali “Vaqner” hərbi şirkətindən kömək istəyib

Mali “Vaqner” hərbi şirkətindən kömək istəyib

26 Sentyabr 2021, 00:52

Mali Rusiyaya məxsus özəl hərbi şirkətdən qiyamçılara qarşı mübarizədə kömək istəyib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda mətbuat konfransı zamanı məlumat verib.

 

O qeyd edib ki, Mali Fransanın hərbçilərini bu ölkədən çıxarmaq istəməsi ilə əlaqədar olaraq Rusiyanın özəl hərbi şirkətinə müraciət edib.

 

Xatırladaq ki, Malidə bu ilin may ayında hərbi çevriliş baş verib.

 

Bundan əvvəl “Reuters” agentliyi yeddi diplomatik və təhlükəsizlik mənbələrinə istinadən yazmışdı ki, Rusiya Mali hökuməti ilə “Vaqner” adlı özəl hərbi şirkətə məxsus muzdluların bu ölkəyə daxil olmasına imkan verən müqavilə imzalamaq niyyətindədir.

 

“Vaqner” Rusiyanın Sankt-Peterburq şəhərindən olan və Rusiya hökumətinə yaxınlığı ilə tanınan iş adamı Yevgeni Priqojin ilə əlaqəli qeyri-rəsmi silahlı birləşmədir. Qrupa daxil olan muzdluların Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikası (MAR) da daxil olmaqla bir sıra Afrika ölkələrində təhlükəsizlik xidmətləri göstərdikləri güman edilir.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir