Modern.az

İsveçdə şəhidlərimiz yad edildi

İsveçdə şəhidlərimiz yad edildi

Diaspor

26 Sentyabr 2021, 12:48

Stokholmda yaşayan azərbaycanlı icmasının iştirakı ilə Azərbaycanın İsveçdəki səfirliyinin binası önündə 27 sentyabr – Anım Günü ilə əlaqədar mərasim keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, aksiya zamanı Qarabağ torpaqlarımızın erməni işğalından azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Səfirliyin binası önünə gül dəstələri düzülüb, şamlar yandırılıb, şəhidlərimizin ruhuna dualar oxunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır